"Maşın"da səsverməyə o çıxdı - Hədəfini açıqladı

"Maşın"da səsverməyə o çıxdı - Hədəfini açıqladı

Üç gündü hamı bilir ki, hədəfim Məciddir. Heç bir şey kənardan göründüyü kimi deyil.  

Bu sözləri Aysun İsmayılova “Maşın” şounun ikinci saatında söyləyib.  

“Mənim xalqın dəstəyinə bu gün ehtiyacım var. Tərbiyəm ona icazə vermir ki, baş verənləri açıqlayım. Heç vaxt heç kimin sözünü aparıb, danışmaram. Mən bu gün burdan səs toplamasam da, xalqıma təşəkkürümü bildirirəm. Qurban olum bütün Azərbaycanın kasıb insanlarına. Mən əgər burda olanları danışsam, 100% səs yığaram. Namiq müəllim çıxanda hamı gördü, necə tir-tir əsirdim”.  

Məcid isə Aysuna qarşılıq verərək, bu sözləri deyib: “Aysunun “getməsi”nə səs verin. Bacardığınız qədər məni dəstəkləyin. Aysunun xətrinə dəyməmişəm. Mən elə bilirdim ki, köhnə məsələlər unudulub, yaddan çıxıb”. 

22:54

“Dünən Namiq şou bitəndə xoş olmayan sözlər işlətdi. Evimdə iki əsgər böyüdürəm. Nə qədər əziyyət çəkirəm. Milyon belə maşın qurban olsun bizim balalarımıza. Böyük oğlum deyir ki, biz onsuz da bilirik ki, sən bizi çox istəyirsən, Namiqə fikir vermə”. 

Bu sözləri aktyor Məcid Hüseynov şounun gedişatında dilə gətirib.  

“Ola bilər ki, hədəf mənəm. Aysunda Məcid adını eşitməmişəm. Ona görə mən də Aysunun “qalması” üçün tamaşaçılardan səs istəyirəm. Aysunun şəklini mən atmışam, hədəfinin də mən olduğunu bilirəm”.  

Aysun isə hədəfinin Məcid olduğunu təsdiqləyib: “O, mənə söz vermişdi, əfsuslar olsun ki sözünün ağası olmadı. Elə buna görə də hədəfimə çevrildi”. 

22:30

“MGP”nin ərsəyə gətirdiyi, ölkənin ən reytinqli və bahalı realiti şousu “Maşın” “Maskarad” adlı sürəti ilə ATV-də səkkizinci efirinə start verib.  

18 məşhur ilə başlayıb, 10 məşhurla davam edən şounun daha bir gərgin və intriqa dolu oyunu başlayıb.  

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov avtomobil uğrunda mübarizə aparan iştirakçıların səsvermə nəticələrini açıqlayıb.  

Səsvermədə şəkli 8 dəfə qutuya atılan müğənni Aysun İsmayılova oldu. Gənc ifaçı tribunaya çıxaraq, tamaşaçılardan şouda “qalması” üçün səs istəyib: 

“Azərbaycan xalqından səs istəyirəm. Mənim anam sizin ona verdiyiniz çörəklə məni böyüdüb. Sizdən, əziz tamaşaçılar, bu dəfə özümə səs istəyirəm”.  

Aparıcı Murad Dadaşovun “hədəfin kimdir?” sualına Aysun bu cür cavab verib: “Dünəndən xahiş etdim ki, mənim şəklimi atın. Haqsızlığa dözə bilmirəm. Hədəfim artıq bəllidir, ad çəkməyəcəyəm. Şouda qalsam, hədəfimi deyib onu da çıxardacam. Hədəfimin adını gizli saxlamaq istəyirəm”. 

İsmayılovanın oyunda qalıb, ya gedəcəyini isə tamaşaçılar müəyyən edəcək.  

 

Mənbə: Oxu.az