“Məni təhqir edən Xalq artistinin qızının dostu çıxdı” - VİDEO

“Məni təhqir edən Xalq artistinin qızının dostu çıxdı” - VİDEO

“Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim. Dostlarım da videoya çəkdi. “Tet-a-tet” adlı mahnımın klip çəkilişində fasilə idi, onda çəkilmişdi”. 

Axeber.az-ın məlumatına görə. bu sözləri Xalq artisti Brilliant Dadaşova “Show News” proqramına açıqlamasında bildirib.

Məşhur müğənni bir müddət əvvəl sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntüləri barədə danışıb:

“Tənqid edənlərin özlərinə baxsanız, hər şey aydın olar. Onları “qara siyahı”ya atmıram. Elə insan var ki, yalandan 10 saxta profil açır. Ya da rəfiqələrinin profilindən girib mənə şərh yazırlar. Nəsə yazırlarsa, demək səninlə məşğuldurlar. Xoşum gəlməyənə vaxt itirmərəm. Bunlar vaxt itirib rəy yazırlarsa, deməli, narahatdılar.

Özünə əziyyət verib yazır, şər, böhtan atır, təhqir edir, demək, qıcıqlanır, narahatdır. Onu “blok” etmək olmaz. Bir dəfə təhqir yazan izləyicini polisə şikayət etdim. Tapdılar, həmin uşaq bir Xalq artistinin qızının dostu-tanışı çıxdı. Uşağın nənəsi zəng etdi, mənim də ürəyim dözmədi, söhbəti böyütmədim”. //qafqazinfo