“Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasimi keçirildi - FOTO

“Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasimi keçirildi - FOTO

Oktyabr 3-də "Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)" adlı sərginin kataloqunun təqdimat mərasimi keçirilib. 

Tədbirdə iştirak edən politoloq Yusif Bağırzadə Axeber.az-a açıqlamasında bildirib ki, kataloq 300-dən artıq fotoşəkillərlə zənginləşdirilib və nəfis tərtibatda çap edilib. Burada XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı və xüsusiyyətləri barədə məlumatlar yer alıb. Kataloqda sözügedən sərgidə nümayiş olunan eksponatların çoxsaylı fotoşəkilləri vasitəsilə silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib. 

Y.Bağırzanənin sözlərinə görə, Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan silah sərgisində onun şəxsi kolleksiyasından olan silahlar da nümayiş etdirilir və sözügedən kataloqda həmin silahlar da əks olunub.

"Mənim də dəyərli nümunələrlə zəngin olan şəxsi silah kolleksiyam var. Hazırda həmin silahlar "Silahın mistik gözəlliyi" adlı sərgidə nümayiş etdirilir. Şəxsi kolleksiyamda yer alan dəyərli nümunələr sırasında Şah Abbas Mirzənin qılıncı, İran şahı Nəsrəddin şah Qacarın qılıncı, Şəki xanı Çələbi xanın tapança və tüfəngi də var. Qeyd edim ki, mən tez-tez şəxsi kolleksiyamdan olan nümunələrdən muzeyə hədiyyələr edirəm. Bugünkü tədbirdə də qatqılarım nəzərə alınaraq mənə "Təşəkkürnamə" təqdim edildi. Şadam ki, belə gözəl bir sərginin ərsəyə gəlməsində mənim də payım olub. Əminəm ki, sərgi bütün ziyarətçilərin marağına səbəb olacaq", - deyə politoloq qeyd edib.

Qeyd edək ki, kataloqun müəllifi muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri Səbuhi Əhmədovdur.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.