Suriyanın qondarma “erməni soyqırımı” qərarına Türkiyədən - MÜNASİBƏT

Suriyanın qondarma “erməni soyqırımı” qərarına Türkiyədən - MÜNASİBƏT

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanıma qərarına münasibət bildirib.

Axeber.az Türkiyə KİV-nə isitnadən xəbər verir ki, XİN sözçüsü Hami Aksoy 1915-ci ildə baş vermiş hadisələrin “soyqırımı” kimi tanınmasını “ikiüzlülük” adlandırıb:

“Bu gün bu qərarın qəbul edilməsi öz xalqına qarşı illərdir uşaq-böyük demədən hər cür qətliam törədən, milyonlarla insanı yurdundan edən və kimyəvi silah istifadəsindəki məharəti yaxşı bilinən bir rejimin ikiüzlülüyününü təzahürüdür. Bu rejimin səbəb olduğu insan faciəsi hələ də davam edir. Tarixin ən dəhşətli fəlakətlərindən biri də sərhədlərimizdə yaşanır. Bu əsassız iddiaların beynəlxalq legitimliyini itirmiş zalım bir rejim tərəfindən irəli sürülməsi iddiaların arxasında gizlənən əyri zehniyyətin açıq şəkildə nümayişidir”.