Türk serialları İspaniyada fenomenə çevrildi

Türk serialları İspaniyada fenomenə çevrildi

Son 10 ildə Türkiyə istehsalı olan seriallar bütün dünyada olduğu kimi, İspaniyada da böyük populyarlıq qazanıb.

Axeber.az-ın məlumatına görə, bunu türk seriallarını Priney yarımadasına gətirən “Atresmedia Group” şirkətinin təmsilçisi Xose Antonio Anton bildirib.

Onun sözlərinə görə, İspaniyada ən populyar olan türk serialı 2018-ci ildə ölkə telekanallarında yayımlanan “Fatmagülün nə günahı var?” serialı olub.

“Türkiyə ABŞ-dan sonra dünyada ən çox serial ixrac edən ikinci ölkədir. Artıq neçə illərdir ki, bu ölkədə hazırlanan çoxseriyalı televiziya filmləri öz keyfiyyətinə görə bəzən Hollivud filmlərini də üstələyir və bütün dünyada, o cümlədən də İspaniyada əsl fenomenə çevrilib”, - deyə Anton əlavə edib.