Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinə yeni rəis təyin olunub.

Axeber.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Samir Məcidov təyin edilib.

O, daha öncə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.