Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Axeber.az-ın məlumatına görə, Azərbaycan çempionu bu raundda Cəbəllütariqin“Linkoln” kollektivi ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi ilk görüşünü səfərdə keçirəcək. 

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.