74 yaşında meydana çıxaraq Ginnesin rekordları kitabına düşdü

74 yaşında meydana çıxaraq Ginnesin rekordları kitabına düşdü

Misirli futbolçu Ezzeldin Bahader Ginnesin rekordları kitabına düşüb.

 
Axeber.az-ın məlumatına görə, 74 yaşlı afrikalı ölkə çempionatının 3-cü liqasında oyunu əvəzolunmadan keçirib.
 
Bununla da Bahader futbol tarixinin ən yaşlı peşəkar oyunçusu olub. Bu ilin martında da meydana çıxan və hətta penaltidən qol vuran veteran son matçında 11 metrlik cərimə zərbəsini qaçırıb. Rekordun qeydə alındığı görüşdən sonra Bahaderlə anlaşmaya xitam verilib.
 
Qeyd edək ki, bunadək ən yaşlı peşəkar oyunçu 73 yaşlı israilli İsaak Hayik idi.

Loading...