Azərbaycan Kubokunun final matçının tarixi bəlli oldu

Azərbaycan Kubokunun final matçının tarixi bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının və ölkə kubokunun tam təqvimi açıqlanıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Çempionatın sonuncu - XXVIII turu mayın 22-də olacaq.

Azərbaycan Kubokunun finalı isə mayın 28-də gerçəkləşəcək.

Əlavə olaraq bildirilib ki, Avrokuboklarda çıxışını davam etdirən komandalar oyunlarını təqvimdən göstərilən vaxtdan bir gün tez və ya gec keçirmək barəsində PFL-ə müraciət edə bilər. Yekun qərar vermək isə qurumun ixtiyarındadır.