İtaliyada Ronaldonun nəhəng heykəlini düzəltdilər – FOTO

İtaliyada Ronaldonun nəhəng heykəlini düzəltdilər – FOTO

İtaliyalı azarkeşlər “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun 20 metr hündürlüyündə heykəlini yaradıblar.

Axeber.az bildirir ki, papye-maşedən düzəldilən heykələ “Büt” adı veriblər.

Qeyd etmək lazımdır ki, bu heykəl İtaliyada keçiriləcək karnavalda istifadə ediləcək.

Qeyd etmək lazımdır ki, bu portuqaliyalının ilk heykəli deyil.

2017-ci ildə Ronaldunun doğulduğu Madeyra adasında futbolçunun büstü qoyulub. // oxu.az