Jerar Pike: "Utanıram"
"Barselona"nın müdafiəçisi Jerar Pike Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə keçirilən oyunu dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu 2:8 hesablı məğlubiyyətə görə utandığını söyləyib.
İspaniya millisinin sabiq üzvü artıq dəyişiklik zamanının yetişdiyini deyib: "Utanıram. Birinci dəfə deyil ki, bu halla üzləşirik. Artıq dəyişikliyə ehtiyac var. Bunu məşqçi və ya futbolçu heyəti ilə əlaqələndirmirəm. Köklü dəyişiklik ediləcəksə, hətta mən özüm də kənara çəkilməyə hazıram".