Məsut Özil bu gecə Türkiyəyə gəlir

Məsut Özil bu gecə Türkiyəyə gəlir

Türkiyənin “Fənərbağça” klubu ilə transfer razılaşması əldə etmiş Məsut Özil bu gecə saat 00:15-də İstanbulun Sabiha Gökçen Hava Limanında olacaq.

Bu barədə “Haber Türkiye” məlumat yayıb.

***

11:45

İstanbulun “Fənərbağça” klubu Almaniya vətəndaşı olan türk əsilli futbolçu Məsut Özili transfer edib.

Həm “Fənərbağça” klubunu, həm də Məsut Özil sosial media hesablarında transferə işarə edən statuslar paylaşıblar.

“Ntvspor” xəbər verir ki, razılaşmaya əsasən, futbolçu 3,5 il müddətində bu klubda çıxış edəcək.

Qeyd edək ki, Məsut Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında bitəcək.