Riçard Almeyda "Zirə" - "Qarabağ" oyununda

Riçard Almeyda "Zirə" - "Qarabağ" oyununda

"Zirə"nin heyətinə qatmağa hazırlaşdığı Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Bakıdadır.

Axeber.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ"la bugünkü oyununu izləmək üçün Zirə İdman Kompleksinin stadionuna gəlib.

31 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Riçard Almeyda 2012/2018 mövsümündə və 2019-cu ildə "Qarabağ"ın formasını geyinib. Onun son klubu Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" komandası olub.

Mənbə: Report