Son dəqiqə: "Neftçi" - "Sabah" matçı bərpa olundu - YENİLƏNDİ

Son dəqiqə: "Neftçi" - "Sabah" matçı bərpa olundu - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" - "Sabah" matçının keçirildiyi "Bakcell Arena"nın projektorlarındakı problem aradan qaldırılıb.

Axeber.az-ın məlumatına görə, 28-ci dəqiqədə yarımçıq dayandırılan görüş 8 dəqiqəlik fasilədən sonra bərpa olunub.

***

18:55

Azərbaycan Premyer Liqasının XVIII turunda xoşagəlməz hadisə yaşanıb.

Axeber.az-ın məlumatına görə, “Nefttçi” – “Sabah” oyunu yarımçıq dayandırılıb.

Buna stadiondakı işıqların sönməsi səbəb olub. “Bakcell Arena”dakı görüş hesab 0:0 olarkən 27-ci dəqiqədə saxlanılıb.