“Traktor”un oyunu təxirə salındı - İrandakı etirazlara görə

“Traktor”un oyunu təxirə salındı - İrandakı etirazlara görə

İranda benzinin bahalaşmasına görə ötən həftədən başlayan kütləvi etiraz aksiyaları futbola da təsirsiz ötüşməyib.

Axeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, İran çempionatının bəzi oyunları bu səbəbdən təxirə salınıb.

Bu oyunlar arasında Cənubi Azərbaycan təmsilçisi “Traktor”un da matçı var. Federasiyanın qərarına əsasən, Təbriz təmsilçisinin noyabrın 22-də doğma "Səhənd" stadionunda “Şəhr Xodro” ilə keçirilməli oyunu baş tutmayacaq.