Türkiyədə itdiyi iddia olunan futbolçu üzə çıxdı

Türkiyədə itdiyi iddia olunan futbolçu üzə çıxdı

Türkiyənin “Ankaragücü” klubunun futbolçusu Zaur Sadayev itkin düşməsi ilə bağlı xəbərləri gülüşlə qarşılayıb.

Axeber.az bildirir ki, 30 yaşlı hücumçu bu barədə özünün “Instagram” səhifəsində yazıb.

Rusiyalı oyunçu məsələyə bu cür aydınlıq gətirib: “Bu klubda oynamayacağımı qərara aldım. Müqavilə pozulub! Vəssalam”.

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra klubun bazasına dönməyən Sadayevin bir neçə aydır əməkhaqqı almadığı üçün bu cür addım atdığı bildirilir.

Qeyd edək ki, çeçen futbolçu bu ilin fevralında “Ankaragücü”nə keçib. Onun paytaxt klubu ilə 30 iyun 2020-ci ilə qədər müqaviləsi vardı.