UEFA Avropa çempionatını ləğv etdi

UEFA Avropa çempionatını ləğv etdi

UEFA 2020-ci ildə keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı ilə bağlı qərarını verib.
 
Axeber.az-ın məlumatına görə, final mərhələsi Şimali İrlandiyada keçirilməli olan turnir ləğv edilib.
 
Buna koronavirus pandemiyası səbəb olub. Hazırki durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub.
 
Final mərhələsinin 5 ən yaxşı komandası U-20-lərin dünya çempionatına vəsiqə qazanmalı idi. UEFA bu vəsiqələri ən yüksək reytinqlilərə - İngiltərə, Fransa, Niderland, İtaliya və Portuqaliyaya verib.